Fabreqas Mourinyonun cavabını verdi
"Barselona"nın futbolçusu Sesk Fabreqas Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə qalib gəldikdən (2:0) sonra "Çelsi"nin çalışdırıcısı Joze Mourinyo haqda sərt fikirlər səsləndirib.

Təcrübəli oyunçu portuqaliyalı çalışdırıcını işarə edərək deyib: "Bəziləri oyundan əvvəl çox danışırdı. Ümid edirəm ki, artıq ağızlarını yumub, bir neçə gün susarlar".

Qeyd edək ki, Mourinyo sözügedən qarşılaşmadan əvvəl Kataloniya klubunun tarixinin ən pis dönəmini yaşadığını və "Mançester Siti"nin qalib gəlmək şanslarının yüksək olduğunu bildirmişdi.

Xəbər 852 dəfə oxundu.