Simeone: "Milan"la oyunun favoriti yoxdur"
"Güclü və önəmli uğurlar əldə etmiş "Milan"la qarşılaşacağıq. Maraqlı bir görüş olacağına inanıram. Azarkeşlər zövq alacaqlar. Mənim üçün oyunun favoriti yoxdur. Kim meydanda yaxşı oynasa, o da qazanacaq".

Bu sözləri "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Milan"la oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Qarşılaşmanın baş tutacağı "San Siro" stadionunda çətin oyun keçirəcəklərini bildirən argentinalı mütəxəssis növbəti tura keçmək üçün səfərdən yaxşı hesabla qayıtmağa çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, "Milan" - "Atletiko" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 858 dəfə oxundu.