Futbol üzrə Topaz Premyer Liqasında 21-ci turun rəmzi komandası müəyyənləşib
Futbol üzrə Topaz Premyer Liqasında 21-ci turun rəmzi komandası müəyyənləşmişdir.

“Instat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı on birliyində qapıçı Aqil Məmmədov (“Bakı”), müdafiəçilər – Vanderson Skarduelli (“Xəzər-Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Vladimir Levin (“Qəbələ”), Ruslan Əmircanov (“İnter”), yarımmüdafiəçilər – Cavid Hüseynov (“Bakı”), Abdulla Abatsiyev (“İnter”), Elnur Abdullayev (“Xəzər-Lənkəran”), Sadio Tounkara (“Xəzər-Lənkəran”), hücumçular – Daniel Subotiç (“Qəbələ”) və Etame Mbilla (“Xəzər-Lənkəran”) yer almışlar.
Topa sahib olmada və ötürmələrdə “Qarabağ” digərlərindən üstün olmuşdur. Hücumun sayında “Neftçi”, qapılara zərbələrdə isə “Qəbələ” fərqlənmişdir.
Turun ən yaxşı oyunçusu “Qəbələ”nin hücumçusu Daniel Subotiç olmuşdur.

Xəbər 869 dəfə oxundu.