Messi: "Hakimin tənqid olunması normaldır"
"Barselona" klubunun hücumçusu Lionel Messi dünən "Mançster Siti" ilə baş tutan oyun (2:0) haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan argentinalı futbolçu cütün taleyinə hələ aydınlıq gəlmədiyini bildirib:

"Səfərdə çox yaxş oyun nümayiş etdirdik. İki qolla qalib gəlməyimizə baxmayaraq cütün taleyinə hələ aydınlıq gəlmədiyini düşünürəm. Cavab qarşılaşmasında rəqibin futbolçusu Serxio Aquero da komandasına kömək edə biləcək. Penalti epizoduna gəlincə hakimin tənqid olunması normaldır. Danışmağa hər zaman nəsə olur. Ancaq penalti epizodu ilə bağlı Martin Demikelislə söhbətim olmayıb".

Qeyd edək ki, Martin Demikelis matçın 53-cü dəqiqəsində Messiyə qarşı kobud oyuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Xəbər 848 dəfə oxundu.