Komandamız dünya çempionatında 4-cü olub

Oktyabrın 8-dən 16-na qədər İtaliyanın Kataniya şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilib. Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, yarışda sablya növü üzrə 4 idmançı – Bünyatova Sevil, Bünyatova Sevinc, Ələsgərova Aida, Mikina Sabina, şpaqa növü üzrə isə 1 idmançı – Nelyubova Yuliya iştirak edib. Qeyd edək ki, bu idmançılar “Neftçi” İSM-in təmsilçiləridirlər.
Şpaqa növündə 155 idmançı arasında Nelyubova Yuliya 5 qələbədən sonra məğlub olaraq 55-ci yerə çıxıb. Sablya növündə 122 idmançı arasında Bünyatova Sevil 4 qələbədən sonra uduzaraq 60-cı yeri tutub. Aida Ələsgərova 8 qələbədən sonra Polşa idmançısına məğlub olaraq 19-cu yerə sahib olub. Ən yüksək nəticəni Mikina Sabina göstərib (8-ci yer). Dünya reytinq cədvəlində 375 sablyaçı arasında 52-ci yerdə olan Mikina Sabina 24-cü yerə yüksəlib. 107-ci yerdə olan Ələsgərova Aida 47 pillə irəliləyərək 60-cı yeri tutub.
Daha böyük qalibiyyət komanda yarışlarında oldu. 1/8 finala çıxmaq üçün 11-ci yerdə olan Yaponiya komandası 24-cü yerdə olan Azərbaycan komandası ilə görüşdə komandamız 45-40 hesabı ilə qalib gəlib. ¼ finala çıxmaq üçün komandamız Fransa komandası ilə görüşüb. Iyul ayında İngiltərədə keçirilən Avropa çempionatında yığmamız Fransa komandasına 41-45 hesabı ilə uduzmuşdu. Bu dəfə isə fransızlara 45-44 hesabı ilə qalib gələn onları 8-liyə çıxmağa qoymadı. Yarımfinala çıxmaq üçün komandamız Çin komandası ilə görüşüb. Onların içində Tan Xuye dünya çempionu idi. Azərbaycan komandası onları 45-43 hesabı ilə məğlub edərək, növbəti mərhələyə keçib.
Yarımfinalda 4 komanda – Rusiya, ABŞ, Olimpiya çempionu Ukrayna və Azərbaycan komandası mübarizə aparıb. Ukrayna ilə görüşdə 45-40, ABŞ-la mübarizədə 40-44 hesabı ilə məğlub olan komandamız nəticədə 4-cü olub.
Bu yarış bu ilki lisenziya yarışlarının sonuncusu Gələn ilin I rübündə Fransada, İngiltərədə, Rusiyada və Türkiyədə sonuncu 4 lisenziya yarışları keçiriləcək.

Xəbər 2441 dəfə oxundu.