"Barselona"nın rəsmi "Twitter" hesabına hücum olub
"Barselona"nın rəsmi "Twitter" hesabına haker hücumu olub.

Bu gün Kataloniya klubunun "Twitter" hesabından yayımlanan mesajlar azarkeşləri təəccübləndirib.

Klubun hesabını bir müddətlik ələ keçirən hakerlər sosial şəbəkədə "Real" Madrid"ə salam" və "Barselona" rəhbərliyi Qətərin pullarını xərcləməyin. O pullar qan və qətliamın məhsuludur" kimi mesajlar öz əksini tapıb.

Klubun xəbəri olmadan yazılan bu twitlər 10 dəqiqə sonra silinib.

Xəbər 789 dəfə oxundu.