“Bakı” klubu məşqə çıxmaqdan imtina etdi
Bu gün Lənkəranda “Xəzər Lənkəran”la üz-üzə gələcək “Bakı” klubu oyunöncəsi son məşqinə Lənkəranda çıxmayıb. Futbol11.az saytına verilən məlumata görə, “Bakı” son məşqini də Bakıda etməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, bu il keçirdiyi 3 oyunun hər birində qələbə qazanan Bakı Lənkəranda da 3 xalınca gedib.
Əlavə edək ki, “Xəzər Lənkəran” – “Bakı” oyunu saat 17:00-da başlanacaq.

Xəbər 811 dəfə oxundu.