Norveç xizək yürüşü yarışlarında daha iki medal qazandı
XXII Soçi Qış Olimpiya Oyunlarında kişilər arasında xizək yürüşü üzrə 10 kilometr məsafəyə ikinövçülük yarışlarında qalib müəyyənləşmişdir.

Norveç təmsilçisi Yorgen Qraabak bütün rəqiblərini qabaqlayaraq Soçi Qış Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Gümüş medala digər norveçli Maqnus Moan, bürünc mükafata isə almaniyalı Fabian Rissle sahib olmuşlar.

Xəbər 653 dəfə oxundu.