Məşhur motosikletçi Kris Fayfer Bakıda şou-proqramla çıxış edib
Oktyabrın 18-da Səməd Vurğun bağının qarşısında stunt-ridinq üzrə 4 qat Avropa və dünya çempionu motosikletçi Kris Fayfer şou-proqramla çıxış edib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Motosiklet İdmanı Federasiyasının üzvləri müxtəlif nömrələr yerinə yetiriblər.

Sonra musiqi sədaları altında K.Fayfer 33 nəfərin üzərindən sıçrayış edib, 30 saniyə ərzində arxa təkərin üzərində 15 dəfə fırlanıb, digər tryuklar nümayiş etdirib.

Xəbər 2467 dəfə oxundu.