"Qarabağ" hazırlıqlarını tamamladı | |
Topaz Premyer Liqanın 22-ci turunda "Rəvan"la qarşılacaq "Qarabağ" artıq bu oyuna hazırdır. İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırlıqlarını tamamlayıb. Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan komanda bu oyuna ciddi itki ilə çıxacaq. Qara Qarayev vərəqə limitini doldurduğuna görə "Rəvan"la matçı buraxmalı olacaq. Qeyd edək ki, "Rəvan" - "Qarabağ" qarşılaşması sabah baş tutacaq. |
|
Xəbər 769 dəfə oxundu. |
|
|