Güləşçilərimiz Bolqarıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
. Fevralın 21-23-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcəkdir.

Sərbəst güləş üzrə yığma komandamız da turnirdə iştirak edəcəkdir.

Yığma komandamızın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanacaqdır.
Heyətdə Ruslan Surxayev (57 kq), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer almışlar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcəkdir.
Yarışın proqramına əsasən, fevralın 21-də 61 və 74 kiloqram, bir gün sonra 57, 86 və 125 kiloqram, ayın 23-də isə 65, 70 və 97 kiloqram çəki dərəcələridə pəhləvanlar qüvvələrini sınayacaqlar.

Xəbər 786 dəfə oxundu.