"Bavariya" Robbenlə müqavilə yeniləyir
Almaniyanın "Bavariya" klubu futbolçusu Aryen Robbenə yeni müqavilə təklif edib.

Komandasıyla 2015-ci ilə qədər müqaviləsi olan hollandiyalı futbolçu daha iki il Münhen təmsilçisinin şərəfini qoruyacaq.

30 yaşlı futbolçu daha öncə verdiyi açıqlamasında da "Bavariya"nın onun karyerasında sonuncu klub olacağını bildirmişdi. Belədə Robbenin 2017-ci ildə karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm 20 görüşdə forma geyinən Robben 10 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 797 dəfə oxundu.