Kayak və kanoeçilərimiz Belmekendə
Kayak və kanoe üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplantısındadır. İdman.com.az saytı xəbər verir ki, hazırlıq dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olan Belmeken idman bazasında martın 3-dək davam edəcək.

Yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov toplanışa kanoeçilərdən Sergey Bezuqlıy, Aleksey Kupin, Anatoli Melnik, Mikola və Taras Matviyçuku, eləcə də kayakçı Mirnazim Cavadovu cəlb edib. Məqsəd idmançılarımızın il ərzində keçiriləcək nüfuzlu reqatalar öncəsi fiziki hazırlıqlarını yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, Belmeken idman kompeksində müasir mehmanxana kompleksi, trenajor zalı, üzgüçülük hovuzu, trenajor zalı, xizək trası mövcuddur. Kayak və kanoeçilərimiz də bu imkanlardan maksimum yararlanmağa çalışırlar.


Xəbər 2406 dəfə oxundu.