"Rəvan" "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqanın 22-ci turunda "Qarabağ”la qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da baş məqşçi Güvənc Kurtarın rəhbərliyi altında keçirilən məşqlərdə komandanın bütün üzvləri iştirak edir. Hüseyn Axundovun cəzasını başa vurması məşqçilər korpusunu sevindirir. Aqil Nəbiyev və Tofiq Mikayılov da artıq komanda ilə birgə tam məşqlərə başlayıb.

Qeyd edək ki, "Rəvan” – "Qarabağ” oyunu fevralın 19-u saat 17:00-da başlayacaq. "Bayıl” stadionunda keçiriləcək qarşılaşma "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 804 dəfə oxundu.