PSJ-nin prezidentindən Messi və Ronaldo açıqlaması
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi “Real” və “Barselona”nın hücumçuları Kriştiano Ronaldo və Lionel Messini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O bəyan edib ki, adları çəkilən futbolçular klublarını tərk etmək istəmirlər.

“Messi və Kriştianonu təmsilçisi olduğu klublarda hər şey qane edir. Mənim “Real” və “Barselona”nın prezidentləri ilə yaxşı münasibətim var, onlara hörmət edirəm. Əgər bu klubun hansısa futbolçusu məni maraqlandırsaydı, prezidentlərlə söhbət edərdim. Amma belə bir şey yoxdur. Yəni PSJ bu transferlərin baş tutmasına cəhd etməyib. Messi və Ronaldonun öz klublarında xoşbəxt olmasına görə şadam” – deyə o bildirib.

Xəbər 892 dəfə oxundu.