Məşqçilərimiz “Bavariya” futbol klubunun bazasında olublar
Müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olmuşdur.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə əlaqələndiricisi Viktor Miqel Fernandes səfər çərçivəsində “Bavariya” (Münxen) klubunun bazası ilə tanış olmuşlar.

Həmçinin komandanın baş məşqçisi Xosep Qvardiola ilə görüş keçirilmiş, qonaqlar məşq prosesini izləmiş və fikir mübadiləsi aparılmışdır.

Xəbər 864 dəfə oxundu.