Arsen Venger: "Onun dedikləri hörmətsizlikdir"
"Arsenal"ın baş məşqçisi Arsen Venger "Çelsi"nin çalışdırıcısı Joze Mourinyonun onun haqda dediklərinə münasibət bildirib.

O, portuqaliyalı mütəxəssisin açıqlamasını hörmətsizlik olaraq qiymətləndirib: "Bu axmaq və hörmətsiz fikirlərə cavab vermək istəmirəm. Keçirdiyim mətbuat konfransında onunla bağlı danışmayacam. Yeganə bildiyim bunun məndən çox "Çelsi" üçün utancverivi olmasıdır".

Qeyd edək ki, Mourinyo Vengeri uğursuzluq üzrə mütəxəssis adlandırmışdı.

Xəbər 846 dəfə oxundu.