Badmintonçularımız Tehranda keçirilən beynəlxalq turnirdə iştirak edirlər
Tehranda İranın milli bayramı - İnqilab Günü münasibətilə badminton üzrə 24-cü beynəlxalq turnir keçirilir.

AzərTAc İranın “İRNA” Agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının təqviminə daxil olan yarışda 19 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparırlar. Turnirdə Azərbaycan yığması da yarışır.

Fevralın 16-da yekun vurulacaq beynəlxalq turnirin ümumi mükafat fondu 15 min ABŞ dollarıdır.

Xəbər 1816 dəfə oxundu.