Didyedən Mario Baloteliyyə dəstək
"Qalatasaray"ın futbolçusu Didye Droqba "Milan"ın hücumçusu Mario Baloteliyyə dəstək çıxıb.

Son günlər gənc oyunçu bir neçə oyunda irqçi şüarlara məruz qalıb, hətta oyunu tərk edərək göz yaşlarını saxlaya bilməyib.

D.Droqba isə "Tvitter" hesabından Balotelliyə qarşı edilən hərəkəti pisləyib. O, futbolçu ilə İngiltərədə oynadıqları zaman çəkdirdikləri şəkili paylaşıb və ona dəstək olduğunu bildirib.

Xəbər 808 dəfə oxundu.