Almaniya medal sıralamasında liderliyini davam etdirir
Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir.

88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 7 qızıl, 2 gümüş və 1 bürünc medal vardır.

Kanada yığması 10 medalla (4-4-2) ikinci, Norveç millisi isə 13 medalla (4-3-6) üçüncü pillədə qərarlaşmışlar.
Artıq XXII Qış Olimpiya Oyunlarında 24 ölkədən idmançılar medal qazanmışlar.

Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.

Xəbər 852 dəfə oxundu.