Soçidə idmançılara üzərində meteorit qırıntıları olan medallar təqdim ediləcək
Fevralın 15-də - Çelyabinskdə meteorit düşməsinin ildönümü günü Olimpiya yarışlarında qələbə qazanan idmançılar qeyri-adi medal dəsti alacaqlar.

Qızıldan və gümüşdən istifadə etməklə əlvan metal üzərində Zlatoustovsk qravürası üslubunda hazırlanmış mükafat həmin meteoritin kiçik bir qırıntısı ilə bəzədilmişdir. Bu medal cəmi əlli nüsxədə buraxılmışdır ki, onlardan da on biri Soçiyə gətirilmişdir. Medalların onu olimpiyaçılara hədiyyə veriləcək, biri isə Soçinin Olimpiya parkındakı sərgidə fəxri eksponat kimi qalacaqdır.

Xəbər 1062 dəfə oxundu.