Bruma İngiltərə nəhənglərinin transfer hədəfinə düşüb
"Qalatasaray" klubunun futbolçusu Bruma İngiltərə nəhənglərinin transfer hədəfinə düşüb.

"Arsenal" və "Liverpul" klubları portuqaliyalı futbolçu ilə yaxından maraqlanır.

Hər iki komanda gənc futbolçunun transferi ilə bağlı "Qalatasaray"la danışıqlara başlayıb. "Liverpul" təmsilçisi Bruma üçün "Cim Bom"a 19 milyon avro təklif edib. İstanbul klubunun bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Brumanı 10 milyon avro müqabilində "Sportinq" (Lissabon) klubundan transfer olunmuşdu.

Xəbər 806 dəfə oxundu.