Messidən daha bir rekord
"Barselona"nın futbolçusu Lionel Messi Pedro Telmo Zaaraonundia Montoyanın rekordunu təkrarlayıb.

Argentinalı hücumçu ölkə kubokunda "Real Sosyedad"la matçda bir dəfə fərqlənərək İspaniyada vurduğu qolların sayını 335-ə yüksəldib. Bununla da o, sözügedən ölkədə klubunda indiyə kimi ən çox fərqlənən futbolçu P.Montoyanı rekordunu təkrarlayıb.

Montoya bu qədər qolu 335, Messi isə 405 matça vurub. Ancaq Messinin 26 yaşı olduğu üçün rekordu yaxın vaxtlarda qıracağı gözlənilir.

Qeyd edək ki, Messi indiyə kimi La Liqada 226, Kral kubokun 29, İspaniya superliqasında 10, Çempionlar Liqasında 65, Klublararası dünya çempionatında 4 və Avropa superkubokunda 1 qol vurub.

Xəbər 1095 dəfə oxundu.