Həmid Altıntop geri döndü
"Qalatasaray"ın futbolçusu Həmid Altıntop 171 günlük fasilədən sonra yenidən yaşıl meydanlara qayıdıb.

Təcrübəli yarımmüdafiəçi Türkiyə kubokunda "Antalyspor"la matçın 66-cı dəqiqəsində oyuna daxil olub.

Qarşılaşmadan sonra açıqlama verən H.Altıntop "Çelsi" ilə matçda qədər tam formada olmağa çalışacağını deyib:

"Hədəfim "Çelsi"də ilə oyunda iştirak etməkdir.Ancaq yenə də əsas sağlığımdır. Komandamın əldə etdiyi uğurlarda rolumun olmasını istəyirəm".

Qeyd edək ki, H.Altıntop ötən ilin avqust ayında "Bursaspor"la matçdan sonra heç bir görüşdə oynamamışdı.

Xəbər 869 dəfə oxundu.