Azərbaycan Milli Karate Federasiyası idman karatesinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirəcək
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi idman karatesinin inkişafını stimullaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirəcəkdir.

AMKF-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu tədbirlərin bir hissəsi kimi beynəlxalq turnirlərdə, xüsusilə də rəsmi yarışlarda əzmkarlıq göstərən idmançılara federasiyanın baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən “Əzmkar döyüşçü” mükafatı veriləcəkdir.

İlk dəfə belə stimullaşdırıcı mükafat carı ilin fevral ayında Portuqaliyada yeniyetmə və gənclərin Avropa çempionatında iştirak etmiş idmançı Şölə Həsənovaya (47 kq) təqdim edilmişdir. Üç döyüş keçirmiş Ş.Həsənova mükafatçılar arasına düşə bilməsə də rəqiblərinə qarşı xüsusi əzmkarlıqla döyüşmüşdür.

Baş sponsor ABB qarşıdakı yarışlarda da karateçiləri qələbələrə ruhlandırmaq məqsədilə onların çıxışlarını dəyərləndirəcəkdir.

Xəbər 1387 dəfə oxundu.