İtaliya kuboku: "Napoli" finala yüksəldi | |
Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub. Son oyun günündə "Napoli" və "Roma" komandaları üz-üzə gəlib. İlk görüşdə səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Napoli" bu məğlubiyyətin əvəzini çıxa bilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Neapol təmsilçisi finala adlayıb. Qeyd edək ki, "Napoli" finalda "Fiorentina" ilə qarşılaşacaq. 12 fevral İtaliya kuboku, yarımfinal mərhələsi "Napoli" - "Roma" (İlk oyun - 2:3) - 3:0 Qollar: Kallehon, 33 (1:0), İquain, 48 (2:0), Jorginyo, 51 (3:0) 11 fevral "Fiorentina" - "Udineze" - 2:0 (İlk oyun - 1:2) Qollar: Paskual, 14 (1:0), Quadrado, 61 (2:0) |
|
Xəbər 948 dəfə oxundu. |
|
|