Sanya "Qalatasaray" və "Monako"nun hədəfində
"Arsenal" klubunun müdafiəçisi Bakari Sanya mövsümün sonunda komandanı tərk edə bilər.

Fransız futbolçu komandasıyla 3 illik müqavilə bağlamaq istədiyini bildirib.

Lakin London təmsilçisi Sanyanın bu təklifini qəbul etməyib. Belədə 31 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.

Təcrübəli futbolçu ilə "Qalatasaray" və "Monako" klubları yaxından maraqlanır. Sanyanın mövsümün sonunda hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, Sanya 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyur.

Xəbər 850 dəfə oxundu.