ATFF İcraiyyə Komitəsinin iclası
Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) İcraiyyə Komitəsinin iclası keçirilib. İdman.com.az saytı xəbər verir ki, oncə federasiyanın yeni baş katibi Əfqan Həmzəyev və mətbuat xidmətinin rəhbəri İlkin Aslanov toplantı iştirakçılarına təqdim olunub.

Sonra uzun sürən müzakirələrdən sonra yeni qərarlar qəbul olunub. Həmin qərarlar aşağıdakılardır:

1. Təhsil Nazirliyi ilə birılikdə “Təhsil” kubokunun keçirilməsi. Bunun bağlı memorandum imzalanacaq. Həmin memeranduma əsasən bu kubok ATFF və Təhsil Nazirliyi ilə birgə keçiriləcək.

2. Tələbələr arasında milli komandanın yaradılmasıyla bağlı qərar qəbul olunub. Qərarda yığma komandanın Avropa və Dünya çempionatlarında iştirakına razılıq verilib.

3. ATFF-nin əsasnaməsində dəyişiklik olub. Azərbaycan Tələbələr arasında keçirilən futbol çempionatının adı dəyişdirilərək “Təhsil kuboku” olub. Dəyişikliyə əsasən ilk 4 yer tutan komandaların beynəlxalq miqyaslı yarışlarda iştirak etməsi federasiya tərəfindən təşkil ediləcək.

Xəbər 962 dəfə oxundu.