"Real" "Barselona"nın 25 illik rekordunu qırdı
"Real" (Madrid) klubu "Barselona"nın 25 illik rekordunu qırıb.

Madrid klubu İspaniya kubokunun yarımfinal mərhələsində "Atletiko"nu mübarizədən kənarlaşdırmaqla tarixində 39-cu dəfə finala yüksəlib.

"Real" ölkə kubokunda bu mövsüm oynadığı 8 matçı da (720 dəqiqə) qol buraxmadan tamamlayıb. Bununla da "Kral klubu" "Barselona"nın 1989-cu ildə qırdığı 696 dəqiqəlik rekordu yeniləyib.

Qeyd edək ki, "Real" həmçinin "Atletiko"nu məğlub etməklə İspaniya kubokunda heç qol buraxmadan finala adlayan ilk komanda olub.

Xəbər 927 dəfə oxundu.