“Liverpul” Azərbaycana gəlir
Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunda çıxış edəcək daha bir komanda müəyyənləşib. İngiltərənin "Liverpul" klubu da turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

Bu komanda "Fənərbaxça" (Türkiyə) və "Lokomotiv"dən (Moskva, Rusiya) sonra yarışda iştirakını təsdiqləyən 3-cü xarici klubdur. Mayın 29-dan iyunun 1-dək keçiriləcək yarışın digər iştirakçılarına yaxın müddətdə aydınlıq gələcək.

Xəbər 915 dəfə oxundu.