Adriano karyerasını bərpa etdi
Braziliyalı hücumçu Adriano karyerasını bərpa edib. Vaxtilə "İnter", "Roma", "Korintians" və "Flamenqo"da oynamış 31 yaşlı futbolçu "Atletiko Paranaense" ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Adriano ötən ilin dekabrından bu komandayla məşq edirdi və hətta artıq çəkisini də atıb. Məşqçilər heyəti onun formasından razıdır. Buna görə də forvardla müqavilə imzalanıb.

Xəbər 887 dəfə oxundu.