Almaniya kuboku: "Borussiya" yarımfinalda
Futbol üzrə Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub.

Dortmund "Borussiya"sı səfərdə "Ayntraxt"la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Borussiya" yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.


11 fevral

Almaniya Kuboku, 1/4 final

"Ayntraxt" - "Borussiya" (Dortmund) - 0:1
Qol: Abomeyanq, 83 (0:1)

12 fevral

22:00. "Bayer" (Leverkuzen) - "Kayzerslautern"

22:00. "Hoffenhaym" - "Volfsburq"

23:30. "Hamburq" - "Bavariya"

Xəbər 988 dəfə oxundu.