Braziliyada daha bir stadionun tikintisi gecikir
Bu il təşkil olunacaq dünya çempionatına ev sahibliyi edəcək Braziliya mundiala istənilən səviyyədə hazırlaşa bilmir.

Üç insanın ölümünə səbəb olan və Manaus kəndində tikilən stadion FİFA-nın qoyduğu vaxta qədər hazır olmayacaq.

Braziliya Futbol Federasiyası (BFF) dünyanın ali futbol qurumuna bu stadionda inşa işlərini fevralın 14-ə qədər tamamlanacağını bildirmişdi. Ancaq onlar verdikləri sözü yerinə yetirə bilməyiblər. Bu isə FİFA nümayəndələrini narahat edib.

Qeyd edək ki, Braziliyanın Koritiba şəhəri yaxınlığında tikilən stadion da hələ hazır deyil.

Xəbər 842 dəfə oxundu.