Roberto Karlos: "İki rəsmi təklif almışam"
"Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos gələcək karyerası haqda danışıb.

Braziliyalı mütəxəssis hazırda iki rəsmi təklif aldığını bildirib:

"Hazırda iki rəsmi təklif almışam. Hətta daha 4-5 klub mənim xidmətimdə maraqlıdır. Lakin mən hələ ki, bu barədə düşünmürəm. Yeni mövsümdən harada çalışacağımı may ayında açıqlayacam. Bu Türkiyə də ola bilər, İspaniya da".

Qeyd edək ki, Roberto Karlosun Çin klubundan da təklif aldığı bildirilir. Lakin həmin klubun adı açıqlanmır.

Xəbər 867 dəfə oxundu.