"Qarabağ" məşqlərə başladı
Topaz Premyer Liqanın 21-ci turunda AZAL-ı qəbul edəcək "Qarabağ" oyununun hazırlıqlarına başlayıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi bu gün 2 dəfə məşq edəcək.

Komandanın ilk məşqi artıq saat 10:30-da baş tutub. Hazırlıq 90 dəqiqə davam edib. Günün 2-ci məşqi isə 16:00-a təyin olunub.

Qeyd edək ki, "Qarabağ" - AZAL matçı fevralın 15-i saat 17:00-da başlayacaq.

Xəbər 913 dəfə oxundu.