Del Pyero oynayan-məşqçi olur
İki mövsümdür "Sidney"də oynayan Alessandro del Pyero məşqçi kimi çalışa bilər.

İyun ayında Avstraliya klubu ilə müqaviləsi başa çatacaq məşhur oyunçunu rəhbərlik komandada saxlamaq istəyir.

Klubun del Pyeroya oynayan-məşqçi kimi yeni müqavilə təklif edəcəyi bildirilir. Bununla da "Sidney" hücumçuya daha fərqli sözləşmə təklif etməklə, başqa klublara transfer olunmasını qarşısını almaq niyyətindədir.

Xəbər 844 dəfə oxundu.