Mourinyo: “55-dən 32-i çıxanda 23 qalır”
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo ilə "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini arasında polemika bitmək bilmir.

M.Pelleqrini son açıqlamasında London klubunun “südəmər at” olmasına baxmayaraq, transferlərə çox pul xərclədiyini demişdi.

Mourinyo isə bu fikirlərə belə cavab verib: "Hər kəs "Mançester Siti"nin necə komanda olduğunu bilir. Pelleqrini bizim xərclədiyimiz pullar haqqında danışır. Məncə, o, çox yaxşı bir məşqçidir, ona böyük hörmətim var. Bundan başqa Pelleqrini həm də mühəndisdir. Bir mühəndisin 37 milyonluq Mata və 18 milyonluq De Bruynenin qiymətinin ümumilikdə 55 milyon funt sterlinq etdiyini bilməsi üçün hesablama maşınına ehtiyacı olacağını düşünmürəm. Matiçi 21 milyon, Salahı isə 11 milyon funt sterlinqə aldıq. 55-dən 32-i çıxanda 23 qalır. Yəni bu transfer dönəmində əksinə 23 milyon qazanmışıq".

Xəbər 871 dəfə oxundu.