"Atletiko" Madrid derbisinə ciddi itkilərlə çıxacaq
İspaniyanın "Atletiko" klubu bu gün İspaniya kubokunun yarmfinalında "Real"la cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq.

Madrid klubunun hücumçusu Dieqo Kosta cəzalı olduğu üçün bu matçda iştirak edə bilməyəcək.

David Vilya və Felipe Luisin isə zədələri sağalmadığından komandalarına kömək edə bilməyəcəklər. O cümlədən Tiaqo və Kurtuanın da böyük ehtimalla bu matçda forma geyməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Real" - "Atletiko" arasında oynanılan ilk oyun birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 1205 dəfə oxundu.