Şarl Amlen Soçi Qış Olimpiya Oyunlarının qızıl medalını qazanıb
Soçi Qış Olimpiya Oyunlarının dördüncü günündə şort-trekdə 1500 metr məsafəyə yürüş yarışlarının qalibi müəyyənləşmişdir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda kanadalı Şarl Amlen fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Çin idmançısı Xan Tyanyuy gümüş, üçqat Olimpiya çempionu Viktor An (Rusiya) isə bürünc medal qazanmışlar.


Xəbər 785 dəfə oxundu.