Mourinyo yenidən maraqlı fikirlər səsləndirib
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo yenidən maraqlı fikirlər səsləndirib.

Portuqaliyalı mütəxəssis bu mövsüm çempion ola bilməyəcəkləri təqdirdə ruh düşkünlüyü yaşamayacağını bildirib:

"Hazırda Premyer Liqada lider mövqeyindəyik. Bundan sonra nə qədər xal toplamalı olduğumuz haqda düşünmürəm. Çünki bütün rəqiblər bizim üçün təhlükəlidir. Əgər cari mövsüm çempion ola bilməsək, bu, məndə ruh düşkünlüyü yaratmayacaq. Lakin hazırkı səviyyəmizi qoruya bilməsək, bu mənə çox pis təsir edər".

Qeyd edək ki, "Çelsi" klubu Premyer Liqada 25 turdan sonra 56 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 803 dəfə oxundu.