Olimpiya çempionlarımız mövsümün ilk sınağında
20-23 fevralda Bolqarıstan paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirəsinə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, bu yarışda «sərbəstlər»dən ibarət millimiz də iştirak edəcək.

Böyük məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi komandaya hər 2 olimpiya çempionuz - Toğrul Əsgərov (61 kq) və Şərif Şərifov (86 kq) cəlb olunub.

Digər titullu bahadırlardan heyətdə Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi - 74 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıblar. Tam komanda tərkibi yaxın günlərdə AGF tərəfindən ictimaiyətə açıqlanacaq.

Xəbər 1285 dəfə oxundu.