Benzema: "Zidan mənə böyük qardaş kimidir"
"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema komandanın məşqçisi Zinəddin Zidan haqda xoş sözlər deyib.

Benzema "Marca" qəzetinə açıqlamasında Zidanın bütün futbolçulara böyük dəstək olduğunu bildirib:

"Zidanın komandada rolu böyükdür. O, bütün futbolçulara dəstək olur. Zidan mənə böyük qardaş kimidir. Məşqçi olaraq mənə düzgün istiqamət verir və onun sayəsində öz oyunumu tapmışam".

Xəbər 943 dəfə oxundu.