Mançini: "Mənə xəyanət edildi"
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini "Mançester Siti"də çalışdığı zaman ona xəyanət olunduğunu iddia edib.

Təcrübəli mütəxəssis Britaniya mətbuatına açıqlamasında komandanın iki üzvü Soriano və Beqiristanın cəhdlərindən sonra istefaya göndərildiyini deyib:

"Klub prezidentinə inanırdım. Ancaq digər ikisinə güvənmirdim. Mənə xəyanət etdilər. Əl Mübarək bu iki oyunçunun təsiri altında idi və onların əməllərində görə məni istefaya göndərdilır. Halbuki bu futbolçular İngiltərə kubokunda finalöncəsi birlikdə yemək yediyim insanlar idi. Klub prezidenti üzümə məni niyə qovduqlarını belə deyə bilmədi. "Mançester Siti" azarkeşləri ilə vidalaşmağa da vaxtım olmadı".

Mançinin bildirib ki, 2012/2013 mövsümündə “Manser Siti”də işləyərdən İngiltərə klubu bir çox baş məşqçi ilə gizli danışıqlar aparıb. O, bunu komandadan ayrıldıqdan sonra öyrəndiyini bildirib:

"Rəhbərlik 3-4 məşqçi ilə danışıqlar aparıb. Bu çalışdırıcılar arasında Pep Qvardiola və Karlo Ançelotti də var idi".

Xəbər 765 dəfə oxundu.