Eklstoun komandaların büdcələrinə limit qoyulacağını bildirib
Berni Eklstoun 2015-ci ildən etibarən komandaların büdcələrinin 200 milyon dolları aşmayacağını bildirib:

"Biz büdcələrin limitini təsdiq etmişik.Bu tətbiq ediləcək. Hamı limitin 200 milyon dollar həddində olduğuna razılıq verib. Ancaq, hələlik bu məbləğə nələrin daxil olduğu müəyyən edilməyib."

Berninin sözlərinə görə, büdcə limitinin aşılmamasına nəzarət etmək üçün bu haqda xəbər verən komanda üzvünə 1 milyon dollar məbləğində mükafat qoymaq fayda verər. Bundan əlavə saxtakarlıq haqda xəbər verən əməkdaş həm də faktı sübut etməlidir.

Xəbər 685 dəfə oxundu.