Berti Foqts "Böyük oyun"dan danışdı
"Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu".

İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts Topaz Premyer Liqanın 20-ci turunda baş tutan "Xəzər Lənkəran" - "Neftçi" (2:2) oyununu şərh edərkən deyib.

O, "Neftçi"ni oyunda üstün tərəf hesab edib:

"Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz".

Xəbər 776 dəfə oxundu.