Ən gənc olimpiya çempionu
Rusiyalı fiqurçu Yuliya Lipnitskaya komanda yarışlarının finalında qalib gələrək, fərdi idan növlərində ən gənc olimpiya çempionu adına sahib çıxıb. İdman.com.az saytı xəbər verir ki, qələbə günündə, yəni fevralın 9-da Yuliya 15 yaş 249 günlüyü tamam olub.

Bu isə amerikalı fiqurçu Tara Lipinskinin nailiyyətinin təzələnməsi deməkdir. 1998-ci il Naqano olimpiadasında qalib gələrkən, Tara 15 yaş 255 günlüyündə idi.

Qabil Mehdiyev
Soçi

Xəbər 2625 dəfə oxundu.