Pelleqrinidən bir ilk
"Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşı baş məşqçisi seçilib.

Təcrübəli mütəxəssis dekabrda olduğu kimi yanvarda da sözügedən mükafata layiq görülüb.

Pelleqrini bununla Karlo Ançelottidən sonra (2011-ci il) ardıcıl iki dəfə ən yaxşı seçilən baş məşqçi olub.

60 yaşlı çalışdırıcının yenidən mükafatı qazanmasına yanvar ayında oynanılan 4 matçın hamısında qələbə qazanmasıdır.

Qeyd edək ki, Pelleqrini həmçinin "Mançester Siti"də ard-arda iki ay bu ada layiq görülən ilk məşqçidir.

Xəbər 897 dəfə oxundu.