Bakari Sanyaya təkliflər gəlməkdə davam edir
"Arsenal" klubunun müdafiəçisi Bakari Sanyaya təkliflər gəlməkdə davam edir.

"Milan"ın ardından bu dəfə "Napoli" klubu fransız futbolçuya təklif göndərib.

Mövsümün sonunda azad agent statusu alacaq 30 yaşlı futbolçu hələlik "Napoli"nin təklifinə heç bir münasibət bildirməyib. Təcrübəli futbolçunun mövsümün sonunda "Arsenal"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, Sanya 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyur.

Xəbər 814 dəfə oxundu.