Riberi əməliyyat olundu
"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi əməliyyat olunub.

Ombasından əməliyyat olunan fransız futbolçu bazarertəsinə qədər xəstəxanada qalacaq.

Klubun mətbuat katibi Markus Hörvik açıqlamasında "bazar günü keçiriləcək tibbi müayinədən sonra Riberinin yaşıl meydanlara dönüş müddətinin uzanıb-uzanmayacağını anlayacağıq" deyə bildirib. Ən azı 12 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilən 31 yaşlı futbolçunun Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la oyuna qədər hazır olacağı imkansız görünür.

Qeyd edək ki, Riberi bu mövsüm çıxdığı 24 rəsmi oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 849 dəfə oxundu.