Ramil Həşimzadənin klubsuz günləri başa çatdı
Bakının “Rəvan” klubunun sabiq futbolçusu Ramil Həşimzadənin klubsuz günləri başa çatmışdır.

Gənc yarımmüdafiəçi bundan sonra karyerasını Yevlaxın “Karvan” komandasında davam etdirəcəkdir. Futbolçuya təklif Yevlax klubunun baş məşqçisi Kənan Kərimov tərəfindən gəlmişdir.
R.Həşimzadə “Rəvan”dan əvvəl “Sumqayıt”ın şərəfini qorumuşdur. Bir müddət “İnter”in düşərgəsində olmasına, hətta komanda ilə birlikdə ölkə xaricində təlim-məşq toplanışında iştirak etməsinə baxmayaraq, sonradan komandanın baş məşqçisi Kaxaber Sxadadze onu heyətdən kənarlaşdırmışdı.

Xəbər 927 dəfə oxundu.